Analitik: Ermənistan ordusunda psixi problemləri olan əsgərlər üstünlük təşkil edir


Digərləri 22 Avq 2018 11:02:00 288 0

Analitik: Ermənistan ordusunda psixi problemləri olan əsgərlər üstünlük təşkil edir

Ermənistan ordusunda psixi problemləri olan əsgərlər üstünlük təşkil edir.

Son.az bildirir ki, bunu Trend-ə analitik-icmalçı Ehtiram Aşırlı erməni hərbi qulluqçuların xidmətdən yayınmağa davam etməsini şərh edərkən deyib.

E.Aşırlının qeyd edib ki, Ermənistan Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Xəstəxanasından 18.08.2018-ci il tarixində 4 əsgərin hərbi xəstəxanada uzunmüddətli müalicə aldığı bildirilib, lakin onlar tam sağalmayıb, son müalicəni almayıb və xidmət yerinə getməkdən imtina ediblər. Müdafiə Nazirliyinin məlumatına görə, müdafiə nazirinin müavini Qabriel Balayan, Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polis Şöbəsinin rəisi, polkovnik Aleksandr Avetisyan və digər rəsmi şəxslər məsələni aydınlaşdırmaq üçün xəstəxanaya səfər ediblər. Səfər zamanı müxtəlif hərbi hissələrin dörd hərbi qulluqçusu nazirliyin Mərkəzi Hərbi Komissiyası tərəfindən tanıdılıb və onların xidmət yerinə qayıtmaq istəmədiklərini bildiriblər. Müdafiə Nazirliyinin müvafiq hərbi qulluqçuları tərəfindən aparılan izahat işinin nəticəsi olaraq, Hovhannisyan və A.Avoyan hərbi hissəyə qayıtmağa və xidmətini davam etdirməyə hazır olduğunu bildirib. Hərbi Polis Şöbəsinin əməkdaşları ilə birlikdə Kirakosyan və Y.Qukasyan nazirliyin N saylı hərbi hissəsinə köçürülüb. Lakin hərbi hissələrinə, xidməti yerlərinə qayıtmaq istəməyən əsgərlərlə bağlı cinayət işi başlanıb və araşdırma aparılır".