Yunanıstanda güclü partlayış


Dünya 22 Avq 2018 11:10:00 209 0

Yunanıstanda güclü partlayış

Yunanıstanın Pirey şəhərində vəkil kontorunun qarşısında güclü partlayış baş verib.

Son.az Report-a istinadən bildirir ki, partlayış nəticəsində qonşu binalara, eləcə də yaxınlıqda park edilmiş avtomobillərə zərər dəyib.

Şahidlərin sözlərinə görə, partlayışdan az əvvəl - yerli vaxtla gecə saat 2-də binanın qarşısında avtomobil dayanıb, ondan çıxan şəxs isə kontorun qarşısına nəsə qoyaraq avtomobilinə minib və oradan uzaqlaşıb. Bundan sonra partlayış baş verib.

Qeyd edək ki, partlayış dəniz hüququ ilə bağlı işlərlə məşğul olan vəkil Qriqorios Timagenisin ofisinin qarşısında baş verib. O, Yunanıstan Dəniz Ticarət Palatasının və Beynəlxalq Ticarət Palatasının arbitrajında hakimdir.

Polis faktla bağlı araşdırmaya başlayıb.

Son.az