Bəhreyn Qətər vətəndaşlarına viza verilməsini dayandırıb


Dünya 22 Avq 2018 08:33:00 233 0

Bəhreyn Qətər vətəndaşlarına viza verilməsini dayandırıb

Bəhreyn Qətər vətəndaşlarına viza verilməsini dayandırıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə krallığın Daxili İşlər Nazirliyinin bəyanatında deyilir.

Bəyanatda bildirilir: "2017-ci il 5 iyun tarixli Qətər dövləti ilə münasibətləri dayandırmaq qərarına əsasən və nazirlər şurasının sərəncamlarının icrası çərçivəsində DİN bəyan edir ki, Qətər hakimiyyətinin Bəhreyn krallığına qarşı düşmənçilik hərəkətlərinin məsuliyyətsiz davam etdirməsinə görə Qətər vətəndaşlarına giriş vizalarının verilməsini dayandırmaq qərara alınıb".