Keçmiş nasist ABŞdan Almaniyaya deportasiya edildi


Digərləri 22 Avq 2018 07:21:00 237 0

Keçmiş nasist ABŞdan Almaniyaya deportasiya edildi

ABŞ Almaniyaya keçmiş nasisti deportasiya edib.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, nasistlərin hərbi əsir düşərgəsinin nəzarətçisi Yakov Paliy əslən ukraynalıdır. 1949-cu ildə ABŞ-a miqrasiya edərək 1957-ci ildə vətəndaşlıq alıb. Bununla da nasist keçmişini gizlədib.

2003-cü ildə onun müharibə vaxtı işğal edilmiş Polşa ərazisindəki Travniki hərbi əsir düşərgəsində silahlı mühafizəçi işlədiyi üzə çıxıb. ABŞ federal məhkəməsi Yakovun vətəndaşlığını ləğv edib. Bir il sonra isə onun deportasiya edilməsi barədə qərar qəbul edilib. 2005-ci ildə apellyasiya məhkəməsi bu qərarı qüvvədə saxlayıb.