Yaponiyada şagirdlərin təhsili üçün süni intellektli robotlardan istifadə ediləcək


Digərləri 22 Avq 2018 07:28:00 249 0

Yaponiyada şagirdlərin təhsili üçün süni intellektli robotlardan istifadə ediləcək

Yaponiya hökuməti məktəblərdə uşaqların ingilis dilinə yiyələnmək bacarıqlarının yaxşılaşdırılmasına kömək üçün süni intellektə malik robotların tətbiqini planlaşdırır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Yaponiya Təhsil, Mədəniyyət, İdman, Elm və Texnologiya Nazirliyi 2019-cu ilin aprelindən etibarən təşəbbüsün effektivliyinin yoxlanılması üzrə eksperimental proqrama başlamağı nəzərdə tutur.

Əvvəlcə ölkə üzrə 500 məktəbdə sınaqdan keçiriləcək proqramın iki il sonra geniş tətbiqi planlaşdırılır. Proqrama ingilis dili daşıyıcıları ilə danışıqlar üzrə tədris əlavələri və internet seansları da daxildir.