Daun sindromlu model beynəlxalq gözəllik müsabiqəsinin qalibi oldu


Digərləri 22 Avq 2018 06:30:00 303 0

Daun sindromlu model beynəlxalq gözəllik müsabiqəsinin qalibi oldu

Britaniyalı model Keyt Qrant "Ultimate Beauty of The World" beynəlxalq gözəllik müsabiqəsinin qalibi olub.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, Keyt belə bir müsabiqədə qalib gələn ilk daun sindromlu qızdır.

Bundan sonra 19 yaşlı Qrant bir il ərzində müsabiqənin təşkilatçıları tərəfindən keçirilən fotosesiya və bir sıra tədbirlərdə iştirak edə biləcək. Eyni zamanda Keyt gələn il keçiriləcək müsabiqənin jüri heyətinə daxil ediləcək.