Elm təsdiqlədi Xərçənglə mübarizə aparan maddə bu qidalardadır


Digərləri 22 Avq 2018 03:30:00 354 0

Elm təsdiqlədi  Xərçənglə mübarizə aparan maddə bu qidalardadır

Elm adamları xərçəng xəstəliyinin müalicəsi mövzusunda ümidverici bir kəşfə imza atıblar.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, bəzi bitkilərdəki bir maddənin bağırsaq xərçənginə qalib gəldiyi müəyyən edilib.

Alimlərin apardığı araşdırmalar zamanı məlum olub ki, gül kələmi, kələm və brokkoli xərçəngə təsir edir.

Professor Konq məsələ ilə bağlı deyib:

"Tədqiqatlar sübut etdi ki, qidalanma ilə xərçəngdən qorunma arasında əlaqə var. Yediyimiz bəzi maddələrin içində xərçəngin yaranmasının qarşısını alan maddələr var. Bunlardan birincisi isə gül kələmidir.

ABŞ-ın elmi institutları isə 2010-cu ildən gül kələmi qrupuna daxil olan tərəvəzlərin xərçəngə təsirini araşdırıb. Bu zaman xəstələrin gül kələmi ilə qidalanması və yaşayışları arasındakı statistik rəqəmlər nəzərə alınıb.

Məlum olub ki, gül kələminin tərkibində olan maddə xərçəngə qarşı mübarizə aparır. Bu maddə eyni zamanda kələmin və brokkolinin də tərkibində var. Kələm bundan başqa gündəlik vitamin və minerallar üçün çox faydalıdır. Kalsium, maqnezium, potasium, C və K vitaminləri, beta karoten və hətta az miqdarda lutein var.