Cəlilabadda piyadanı maşın vurub


Digərləri 21 Avq 2018 23:57:00 226 0

Cəlilabadda piyadanı maşın vurub

Cəlilabad rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Alar kəndindən keçən hissəsində qeydə alınıb.

2004-cü il təvəllüdlü kənd sakini Əzimov Mirzəbəy Ramal oğlunu yolu keçərkən avtomobil vurub. Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Vəziyyəti ağır olduğundan paytaxtdakı xəstəxanalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.