Vaqif Mustafayev III Türk Dünyası Sənədli Filmlər Festivalının münsiflər heyətinin rəhbəri seçilib


Dünya 21 Avq 2018 23:29:00 323 0

Vaqif Mustafayev III Türk Dünyası Sənədli Filmlər Festivalının münsiflər heyətinin rəhbəri seçilib

Türkiyənin Azərbaycandakı Səfirliyinin Mədəniyyət və Tanıtma Müşavirliyinin təklifi ilə Azərbaycanın görkəmli kinorejissoru, Xalq artisti, "Space" televiziya kanalının prezidenti Vaqif Mustafayev III Türk Dünyası Sənədli Filmlər Festivalının münsiflər heyətinin rəhbəri seçilib.

Son.az Trend-ə istinadən bildirir ki, Türk Dünyası Jurnalistlər Federasiyasının təşkilatçılığı ilə keçirilən festivalın əsas məqsədi türkdilli xalqların zəngin mədəniyyətini, milli mənəvi dəyərlərini tanıtmaq və dünyaya təqdim etməkdir.

İlk dəfə 2016-cı ildə təşkil edilən festivala "5 ölkə, 7 şəhər, 1 festival" devizi ilə start verilib. Ötən il festivalın əhatə dairəsi bir qədər genişlənərək 6 ölkəyə və 13 şəhərə çatıb. Bu il isə Türk Dünyası Sənədli Filmlər Festivalında 7 ölkənin iştirakı nəzərdə tutulur və artıq film seçimi başlayıb.