ABŞ Avropa müttəfiqlərindən İrana təzyiqləri artırmasını istəyir


Digərləri 21 Avq 2018 23:35:00 227 0

ABŞ Avropa müttəfiqlərindən İrana təzyiqləri artırmasını istəyir

ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton İranla beynəlxalq nüvə sazişinin "pis razılaşma" olduğunu deyib. O bildirib ki, Birləşmiş Ştatlar İrana təzyiqlərin artırılması üçün Avropa müttəfiqlərinə təsir göstərməyə çalışır.

Son.az "Amerikanın səsi"nə istinadən bildirir ki,Con Bolton bu açıqlamaları İsrailə səfəri zamanı Qüdsdə verib. ABŞ rəsmisi İsrailin baş naziri Benyamin Netanyahu ilə ikinici gündür görüş keçirir.

Bolton bildirib ki, İranın nüvə silahları əldə etməsinin qarsını almaq "ən böyük prioritetdir" və prezident Trampın 2015-ci ildə dünya qüdrətləri ilə İran arasında imzalanmış sazişdən çıxmaq qərarının əsas səbəbi də bununla bağlıdır.