Almaniya "Cənub Qaz Dəhlizi" layihəsinin inkişafında maraqlıdır


Digərləri 21 Avq 2018 23:28:35 237 0

Almaniya "Cənub Qaz Dəhlizi" layihəsinin inkişafında maraqlıdır

Almaniya "Cənub Qaz Dəhlizi" layihəsinin inkişafında maraqlıdır.

Bakı. Əli Qasımov - Almaniya Azərbaycanın "Şahdəniz" yatağından Avropaya qaz nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsinin inkişafında maraqlıdır. Trend-in məlumatına görə, bu barədə jurnalistlərə Federal Kansler Angela Merkelin Cənubi Qafqaz ölkələrinə - Azərbaycan, Gürcüstan və Ermənistana səfəri ərəfəsində Almaniya hökumətinin nümayəndəsi bildirib. O qeyd edib: "Biz Türkiyə vasitəsilə Avropaya Xəzər qazının nəqlini təmin edəcək alternativ qaz kəmərlərinin inşasında maraqlıyıq. Bizim "Cənub Qaz Dəhlizi"nin gələcək inkişafında böyük marağımız var". Hökumət nümayəndəsinin sözlərinə görə, Avropa qaz şəbəkələrinin TANAP və TAP boru kəmərlərinə qoşulması Avropa İttifaqının diversifikasiya üzrə strategiyasının bir hissəsidir: "Azərbaycan qlobal enerji təchizatı üçün yüksək geosiyasi əhəmiyyəti olan ölkədir. Lakin Berlin başqa ölkələrdən də (Türkmənistan, İran və İraq) təbii qaz idxalı üçün açıqdır".