Ermənistanın sabiq müdafiə naziri axtarışa verildi


Dünya 21 Avq 2018 21:59:00 251 0

Ermənistanın sabiq müdafiə naziri axtarışa verildi

Ermənistanın sabiq müdafiə naziri Mikael Arutyunyan 2008-ci il etiraz aksiyalarının dağıdılması işi üzrə dövlətlərarası axtarışa verilib.

Son.az Sputnik Azərbaycan-a istinadən bildirir ki, bunu Respublikanın polis rəisi Valeri Osipyan jurnalistlərə açıqlamasında bildirib.

"Arutyunyan dövlətlərarası axtarışa verilib, hələlik İnterpol xətti ilə deyil", - deyə Osipyan qeyd edib.

Jurnalistlərin Arutyunyanın Rusiyada olmasına dair sözlərini şərh edən polis rəisi vurğulayıb ki, hüquq mühafizə orqanları bu barədə KİV-dən çox məlumata malik deyil.