İnsanlara rəhbərlik etmək nə üçündür?


Digərləri 21 Avq 2018 20:50:00 265 0

İnsanlara rəhbərlik etmək nə üçündür?

Abdullah ibni Abbas nəql edir: "Ziqar, Cəməl döyüşündən sonra İmam Əlinin (ə) yanına gedir və o Həzrəti (ə) ayaqqabısına yamaq vuran yerdə görür. Həzrət Əli (ə) Ziqara buyurur: "Bu ayaqqabının dəyəri nə qədər olar?"

Ziqəm deyir: "Heç bir dəyəri yoxdur".

Son.az deyerler.org-a istinadən bildirir ki, Həzrət (ə) buyurur: "Allaha and olsun ki, bu dəyərsiz ayaqqabı mənim üçün sizə hökumət etməkdən daha sevimlidir"".

İmamın (ə) bu dəyərli sözlərindən belə nəticə çıxartmaq olar ki, insanlara rəhbərlik etməyin heç bir dəyəri yoxdur. Yəni ali bir məqam deyildir. İmam (ə) üçün bu, sadəcə haqqı bərpa edib, batili aradan qaldırmaq vasitəsidir.

Rəhmətlik İmam (r) bu barədə buyurur: "Hökuməti öhdənə götürmək - öz-özlüyündə şən və məqam deyildir. Əslində əhkamı vəzifəni icra etmək və ədalətli İslam dövləti bərqərar etmək üçün vasitədir".