Çuğundurun bilmədiyiniz faydaları


Digərləri 21 Avq 2018 20:35:00 284 0

Çuğundurun bilmədiyiniz faydaları

Tərkibində A, B, C vitaminləri, fol və pantoten turşusu, kalium, dəmir, maqnezium, yod, mis sink və bir çox digər minerallar, orqanik turşular, pektinlər, qidalı liflər olan çuğundurun orqanizmə faydaları çoxdur.

Son.az ölkə.az-a istinadən bildirir ki, çuğundur yüksək qan təzyiqini aşağı salır. Bu məqsədlə çuğundur suyundan istifadə edin. Çuğundur suyu qan təzyiqini stabilləşdirir. Amma ifrat dərəcədə istifadə etmək də ziyandır. Yüksək qan təzyiqi olanlar gündə bir stəkan çuğundur suyu içə bilər.

Nəzərinizə çatdıraq ki, qan təzyiqinin yüksək olması infarkt, xroniki ürək çatışmazlığı və böyrək xəstəliklərinə səbəb olur.

C vitamini sayəsində çuğundur damarları və immun sistemini möhkəmləndirir.

Yaşlandıqca beyin qan dövranı zəifləyir. Beyin hüceyrərlərinin qanla zəif təmin edilməsi isə "Alzheimer" xəstəliyi ilə əlaqədardır. Çuğundurun tərkibində olan bəzi maddələr beyin qan dövranını yaxşılaşdırır və beyinin cavanlığını qoruyur.