Sumqayıtda oğul atasını döyüb


Digərləri 21 Avq 2018 20:07:00 219 0

Sumqayıtda oğul atasını döyüb

Sumqayıt şəhərində 82 yaşlı kişi oğlu tərəfindən döyülüb.

Son.az "Report"a istinadən bildirir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsinin Betonzavod ərazisində qeydə alınıb.

Belə ki, Sumqayıt şəhər sakini, 1936-cı il təvəllüdlü Mahmud Müslüm oğlu Məmmədov öz oğlu tərəfindən döyülüb. Xəstəxanaya çatdırılan yaşlı kişinin vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.