Həzrət Musanın elçiliyi necə ollub?


Digərləri 21 Avq 2018 20:10:00 217 0

Həzrət Musanın elçiliyi necə ollub?

Qurani-Kərimdə Həzrət Şuəybin (ə) qızlarının iffətli və pak ətəkli olmasını təsdiq edən ayələr mövcuddur. Bu ayələr həmin xanımların gözəl əxlaqından və iffətə riayət etməklərindən bəhs edir.

O zaman ki, Həzrət Musa (ə) Mədayinə qaçır, bu iki xanımı bulaq başında gözləyən zaman görür. Onlara yardım edib, heyvanları üçün su daşımalarına kömək edir. Onun bu rəftarı həm xanımların və həm də onların atası olan Şuəybin (ə) xoşuna gəlir.

Son.az deyerler.org-a istinadən bildirir ki, Şuəyb (ə) Musanı (ə) görmək istəyir və qızlarından biri dilə gəlib deyir ki, onu özünə xidmətçi götür, çünki həm güclüdür, həm də etimad ediləsidir. Şuəyb (ə) də Musa (ə) ilə müqavilə bağlayır. Ona deyir ki, qızlarımdan birini sənə ərə verəcəyəm. Ancaq şərtim vardır. Budur ki, mənə səkkiz il xidmət edəcəksən və əgər on il tamam olarsa, səninlə işim olmayacaqdır. Musa (ə) da bu təklifi qəbul edir.

Bəs Musa (ə) bu cür evliliyi nə səbəbdən qəbul edir?

- Şuəybin (ə) qızları kişi ilə qadın arasında olan məhrəm-naməhrəm mövzularına diqqət edir və iffətlərini qoruyurdular.