Qiyamət günü tənha qalan insanlar


Digərləri 21 Avq 2018 19:50:00 303 0

Qiyamət günü tənha qalan insanlar

Qurani-Kərim buyurur: "Beləliklə sur (ikinci dəfə) çalınanda (və insanların hamısı diriləndə), həmin gün onların arasında (qorxu və dəhşətin çoxluğundan sanki) bir bağlılıq və qohumluq olmaz və bir-birlərini(n halını) soruşmazlar". ("Muminun" 101).

Son.az deyerler.org-a istinadən bildirir ki, birinci sur çalınan zaman isə bütün canlılar öləcəkdir. Həm yerdə və həm də göydə olan canlılar hamısı məhv olacaqdır. Bu ayədən də göründüyü kimi, ikinci sur çalınan zaman isə bütün ölülər diriləcəkdir.

İkinci surdan sonra Qiyamət bərpa olacaqdır. İnsanlar yenidən dirilib, hesab üçün hazır olacaqlar.

Qurani-Kərim bu həqiqəti başqa bir ayədə belə bəyan edir: "Sur (birinci dəfə) çalınacaq. Allahın istədiyi kəs (birinci ölümü dadan və Bərzəx aləmində olanlar) istisna olmaqla göylərdə və yerdə olan hər bir kəs həlak olacaq (və bu sur ilə ölənlər də ora gedəcəklər). Sonra o, bir daha (ikinci dəfə) çalınacaq. Onda onların hamısı birdən ayağa qalxıb, baxacaqlar (və həmin günün sahibinin əmrini gözləyəcəklər)". (Zumər" 68).

Qiyamət - elə dəhşətli bir gündür ki, hər bir insan özü olacaq və bir də dünyada etdiyi əməlləri. Heç kəs onun dadına çatmaz və heç kəs əlindən tutmaz. Əksinə, Qiyamət - elə bir gündür ki, qohumlar və yaxınlar bir-birini görməkdən qaçarlar. Çünki ola bilsin ki, hansınınsa boynunda haqqı qalmış olsun və onu tələb etsin.