Yaponiyada Şərqi Asiyanın ən böyük teleskopu istifadəyə verilib


Digərləri 21 Avq 2018 19:10:00 213 0

Yaponiyada Şərqi Asiyanın ən böyük teleskopu istifadəyə verilib

Kioto Universitetinin tədqiqatçılar qrupu tərəfindən təkcə Yaponiyada deyil, eyni zamanda bütün Şərqi Asiyada ən böyük teleskop istifadəyə verilib.

Yaponiyanın qərbində, Okayama prefekturasındakı dağın zirvəsində yerləşən "Seimei" teleskopu jurnalistlərə təqdim olunub. Teleskopun diametri 3,8 metrə bərabərdir.

Alimlərin həmin teleskopu yaratmaqda məqsədi beynəlxalq layihələrə yönəldilən ən böyük teleskoplardan fərqli olaraq, müstəqil tədqiqatlar aparmaqdır. Onlar məsrəfləri azaltmaq üçün teleskop üçün orijinal hissələr də düzəldiblər.