Qanunsuz meşə materialından kömür hazırlayan şəxs cərimələndi


Digərləri 21 Avq 2018 18:50:00 250 0

Qanunsuz meşə materialından kömür hazırlayan şəxs cərimələndi

Göygöl rayonu Toğana kəndi ərazisində kömür hazırlanması ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt"inə daxil olan şikayət nazirliyin əməkdaşları tərəfindən araşdırılıb.

Son.az xəbər verir ki, bu barədə nazirlikdən Trend-ə verilən məlumata görə, araşdırma zamanı Göygöl rayonu Toğana kənd sakinləri Məzahir Qurbanov və Mamed Süleymanov tərəfindən həyətyanı torpaq sahələrində qanunsuz yolla əldə edilmiş meşə materialından kömür hazırlandığı faktı təsdiqini tapıb.