Bakıda evdən 30 min manatdan çox pul oğurlayan xadimə tutuldu


Digərləri 21 Avq 2018 16:34:00 258 0

Bakıda evdən 30 min manatdan çox pul oğurlayan xadimə tutuldu

Bakıda evdən 30 min manatdan çox pul oğurlayan xadimə tutulub.

Son.az bildirir ki, bu barədə Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Nəsimi rayon Polis İdarəsi 21-ci Polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində bu il fevralın 5-dən avqustun 16-dək olan müddətdə rayon ərazisindəki evlərin birindən 5000 manat və 15600 ABŞ dolları, habelə 3400 manat dəyərində qızıl üzük oğurlamaqda şübhəli bilinən Lənkəran şəhər sakini Günel Piriyeva saxlanılıb.