Bütün qiyamçılar zərərsizləşdirildi


Dünya 21 Avq 2018 16:22:00 236 0

Bütün qiyamçılar zərərsizləşdirildi

Kabulda Prezident iqamətgahına raket zərbəsi endirən bütün qiyamçılar zərərsizləşdirilib.

Son.az Trend-ə istinadən bildirir ki, Əfqanıstan Daxili İşlər Nazirliyinin nümayəndəsi Nəcib Danişin dediyinə görə, ilkin ehtimala əsasən hücumu 3 döyüşçü həyata keçirib. Onlar raketləri yük maşınından buraxıblar.

Atışma zamanı təhlükəsizlik qüvvələrinin 2 əməkdaşının yaralandığı bildirilir.

Hücuma görə məsuliyyəti hələ heç bir qruplaşma öz üzərinə götürməyib.