Bakıda Pakistan vətəndaşının evindən külli miqdarda pul və qızıl oğurlanıb (FOTO)


Digərləri 21 Avq 2018 15:01:00 235 0

Bakıda Pakistan vətəndaşının evindən külli miqdarda pul və qızıl oğurlanıb (FOTO)

Bakı şəhər sakini qonşusu olan Pakistan vətəndaşının evindən oğurluq edib

Bakı. Sabunçu rayonunda yaşayan Pakistan vətəndaşı olan bir qadın evindən naməlum şəraitdə 3400 manat, 5000 ABŞ dolları, 90000 Pakistan rupisi və 10000 manat dəyərində qızıl əşyalar oğurlandığı barədə 12-ci Polis Şöbəsinə məlumat verib. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, şöbəyə məlumat daxil olan kimi zərərçəkənin izahatı alınıb və dərhal cinayəti törətməkdə şübhəli bilinən şəxsin axtarışlarına başlanılıb.