Mübariz Qurbanlı: Məhərrəmlikdə zəncir vurmaq, özünə xətər yetirmək sonradan meydana çıxan, uydurulmuş hərəkətlərdir


Digərləri 21 Avq 2018 11:49:00 293 0

Mübariz Qurbanlı: Məhərrəmlikdə zəncir vurmaq, özünə xətər yetirmək sonradan meydana çıxan, uydurulmuş hərəkətlərdir

Bu il Məhərrəm ayı sentyabrın 11-dən başlayacaq, 10 gündən sonra Aşura olacaq.

Son.az Trend-ə istinadən bildirir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında deyib.

M.Qurbanlı bildirib ki, Məhərrəm ayı ilə əlaqədar komitənin tədbirlər planı icra olunacaq. Bu plana uyğun olaraq görüşlər keçiriləcək, müzakirələr aparılacaq.

Komitə sədri əlavə edib ki, Məhərrəm ayında insanlar məscidlərdə dini ayinləri müasir dövrün tələblərinə uyğun icra edirlər: