Uşaqlara xoş anlar bəxş edilib


Digərləri 21 Avq 2018 11:20:00 276 0

Uşaqlara xoş anlar bəxş edilib

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar və sağlamlıq imkanları məhdud uşaqlar üçün sosial xidmət müəssisələrinin sakinlərinin əyləncə mərkəzində istirahəti təşkil olunub. Qurban bayramı münasibəti ilə təşkil olunan tədbir uşaqlara xoş anlar bəxş edib.

Son.az bildirir ki, Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə,  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə son illərdə açılışı olan Baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan yetkinlik yaşına çatmayanlar üçün Sosial Sığınacaq və Reabilitasiya Müəssisəsi ölkəmizdə hər bir uşağın dövlətin qayğısı ilə əhatə olunduğunu bir daha təsdiq edir. Müəssisədəki uşaqlar stasionar şəraitdə reabilitasiya məqsədli sosial xidmətlərlə təmin edilir, onların digər həmyaşıdları kimi normal həyat tərzi üçün məqsədyönlü reabilitasiya işləri aparılır.