Qurbanlıq diri heyvan satışı aparılan yerlərdə dezinfeksiya işləri başa çatıb


Digərləri 21 Avq 2018 11:00:00 352 0

Qurbanlıq diri heyvan satışı aparılan yerlərdə dezinfeksiya işləri başa çatıb

Avqustun 20-də axşam saatlarında Qurban bayramı ilə əlaqədar paytaxt və bölgələrdə qurbanlıq heyvanların satışına icazə verilmiş yerlərdə dezinfeksiya tədbiri başa çatdırılıb.

Son.az bildirir ki, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən Trend-ə verilən məlumata görə, profilaktik dezinfeksiya tədbiri Qida Təhlükəsizliyi Agentliyi və müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyən edilmiş diri heyvanların satışının aparılması nəzərdə tutulan yerlərdə icra olunub.

Tədbirlər obyekt sahibləri tərəfindən ərazidə mexaniki təmizlik aparıldıqdan sonra həyata keçirilib.


Xəbərə aid foto