Android Pie Go Edition təqdim olundu


Digərləri 21 Avq 2018 08:25:00 278 0

Android Pie Go Edition təqdim olundu

Google şirkəti büdcəli smartfon modelləri üçün nəzərdə tutulmuş Android 9 Pie Go Edition əməliyyat sistemini təqdim etdi. Yeni Android əməliyyat sisteminin bu versiyasının əsas özəlliyi yüksək texniki göstəriciləri tələb etməməsi və büdcəli smartfonlarda ideal işləməsidir. Android 9 Pie Go Edition, büdcəli smartfon istifadəçilərinə Google tətbiqlərinin xüsusi versiyalarını və smartfonun daxili yaddaşında böyük miqdarda yer həcmi təklif edəcək.

Son.az technote.az-a istinadən bildirir ki, istifadəçilər Go Edition versiyasını öz smartfonlarına quraşdırdıqları zaman optimizasiya üçün smartfon ekranının ölçüsünü (HD və ya VGA) qeyd edə biləcəklər. Bununla yanaşı smartfonun daxili yaddaş həcmi (4 GB, 8 GB və ya 16 GB) və 3G ilə 4G şəbəkə dəstəyi də nəzərə alınacaq. Şirkət onu da qeyd edib ki, Android 9 Pie Go Edition-un tamamilə quraşdırılması və bütün yenilənmələrdən sonra bu əməliyyat sistemi smartfonun daxili yaddaşında Android Oreo Go Edition-dan fərqli olaraq 500 MB daha az yer tutacaq