Sabirabadda maşın piyadanı vurub


Digərləri 21 Avq 2018 07:58:00 273 0

Sabirabadda maşın piyadanı vurub

Sabirabadda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Son.az "Report"a istinadən bildirir ki, "VAZ 2107" markalı 10 DD 173 dövlət nömrə nişanl avtomobili idarə edən 1991-ci il təvəllüdlü Əsədli kənd sakini, Məmmədov Məmməd İbrahim oğlu yolu keçən Qalağayın kənd sakini, 1957-ci il təvəllüdlü Əliyev Mikayıl Müslüm oğlunu vurub.

Piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.