Göygöl sakini yıxıldı, ağır xəsarət aldı


Digərləri 21 Avq 2018 07:36:00 259 0

Göygöl sakini yıxıldı, ağır xəsarət aldı

Gəncədə kişi hündürlükdən yıxılaraq ağır xəsarət alıb.

Son.az "Report"a istinadən bildirir ki, hadisə şəhərin Yeni Gəncə qəsəbəsində qeydə alınıb. Göygöl rayon sakini olan, Siyavuş Bayram oğlu Məmmədov yarımçıq tikilidən yıxılaraq ağır xəsarət alıb.

Hündürlükdən düşərkən ağır kəllə-beyin tramvası alan S.Məmmədovun müalicəsi yerləşdirildiyi xəstəxanada davam edir.

Hadisənin baş vermə səbəbləri araşdırılır.