Şou əhli bədəninin hansı hissəsini sığorta etdirmək istəyər?


Şou-biznes 20 Avq 2018 19:29:00 317 0

Şou əhli bədəninin hansı hissəsini sığorta etdirmək istəyər?

Şou-biznes əhli hansı bədən üzvlərini sığorta etdirmək istəyər?

Son.az baku.ws-yə istinadən "Xəzər maqazin"in sənət adamları arasında bununla bağlı keçirdiyi sorğunun nəticələrini təqdim edir: 

Əməkdar artist Abbas Bağırov: "İndiki baş verənlərə dözmək üçün sağlam ürək lazımdır. Ürəyimi istəyərəm. Bunun üçün səkkiz milyon deyərəm".

Müğənni Sevda Yahyayeva: "Başımı... Səsim də, gözüm də, qulaqlarım da, düşünən beynim də orada yerləşir. Milyon dəyərindədir".

Müğənni Elnarə Xəlilova: "Saçım mənim gözəlliyimdir. Məndə ən gözəl olan elə saçlarımdır".

Rəqqasə Oksana Rəsulova: "Saçlarımı və gözlərimi sığorta etdirərdim".

Əməkdar artist Mətanət İsgəndərli: "Səsimi bir milyon dollara sığorta etmək istəyərəm".