Pentaqon messencer hazırlayır


Digərləri 20 Avq 2018 18:36:00 251 0

Pentaqon messencer hazırlayır

ABŞ Müdafiə Nazirliyinin (Pentqaon) Perspektiv Tədqiqat Layihələri Agentliyi anonim və təhlükəsiz mobil messencerin hazırlanmasına 44 milyon dollar ayırıb.

Son.az ICTnews-a istinadən xəbər verir ki, hakerlər sistem qovşaqlarından birinə müdaxilə etdiyi halda belə yeni proqram hər bir istifadəçinin "tam məxfiliyini", həmçinin "ötürülən mesajların bütövlüyünü" təmin etməlidir.

Proqram daxilində həmsöhbətlərin dialoqları şifrələnəcək. Həmçinin messencer internetə çıxış olmayan bir şəbəkə daxilində işləməlidir.