Əfqanıstanda terrorçuların qaçırdığı avtobusların 149 sərnişini azad edilib - YENİLƏNİB


Dünya 20 Avq 2018 14:22:00 268 0

Əfqanıstanda terrorçuların qaçırdığı avtobusların 149 sərnişini azad edilib - YENİLƏNİB

Sərnişinlərdən 21 nəfər hələ də girovluqda qalır

Əfqanıstanın hökumət qüvvələri daha əvvəl Taliban yaraqlılarının ələ keçirdikləri üç avtobusun 149 sərnişinini sərbəst buraxmağa müvəffəq olublar.

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Eyni zamanda, "Associated Press"in məlumatına görə, sərnişinlərdən 21-i hələ də girovluqda qalır.

***10:17

"Taliban" terrorçuları Əfqanıstanın şimalında içərisində təxminən 150 sərnişinin olduğu üç avtobusu qaçırıblar.

"Report" TASS-a istinadən xəbər verir ki, hadisə Kunduz əyalətinin Xan Abad bölgəsində baş verib.

Ordu və təhlükəsizlik qüvvələri girov götürülən sərnişinlərin azad olunması üçün əməliyyata başlayıb.

Hadisə barədə əlavə məlumat yayılmayıb.