İranlı deputatdan parlamentdə sərt sözlər


Digərləri 20 Avq 2018 14:16:00 216 0

İranlı deputatdan parlamentdə sərt sözlər

Güney Azərbaycanın Mərənd şəhərinin İran parlamentindəki millət vəkili Məhəmməd Həsənnəjad hökumətin qeyri-fars millətlərinə münasibətini kəskin tənqid edib.

Son.az axar.az-a istinadən bildirir ki, o, parlamentdə çıxışı zamanı Gənclər və İdman Nazirliyi, Daxili İşlər Nazirliyi və İran Teleradio Şirkətinə xəbərdarlıq edib.

"İranın "İstiqlal" və "Perspolis" komandaları digər şəhər komandaları ilə qarşılaşdıqda qövmlər ən pis təhqirlərə məruz qalır. Lakin təhqir edənlərə qarşı tədbir almaq yerinə "Traktor" tərəfdarları saxlanılır. Bütün bunlar milli birlik və ölkənin ərazi bütövlüyünü təhlükə ilə üz-üzə qoyur", - o bildirib.