Bakıda daha bir avtobus dayanacağı zəbt edilib (FOTO)


Digərləri 20 Avq 2018 13:54:34 228 0

Bakıda daha bir avtobus dayanacağı zəbt edilib (FOTO)

Bakıda daha bir avtobus dayanacağı zəbt edilib.

Bakı. Elçin Mehdiyev - Bakıda daha bir avtobus dayanacağı zəbt edilib. Bakı Nəqliyyat Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mais Ağayev Trend-ə bildirib ki, zəbt edilərək yerində obyekt tikilən daha bir dayanacaq məntəqəsi Binəqədi şosesində, daha dəqiq, Rəsulzadə qəsəbəsində yerüstü piyada keçidinin yaxınlığında yerləşir: "2017-ci ilin sonlarına qədər burada dayanacaq məntəqəsi mövcud idi, lakin günün birində ərazi hasara alındı və yerində 3 mərtəbəli obyekt tikildi. Tikinti zamanı piyada səkisi də zəbt edildi. Məntiqi nəticə isə göz qabağındadır. İstər ordan keçən piyadalar, istərsə də avtobuslara minib-düşən sərnişinlər yolun hərəkət hissəsinə çıxırlar".