"Neftçi"nin 52 ay gözlədiyi seriya


Digərləri 20 Avq 2018 13:30:34 249 0

"Neftçi"nin 52 ay gözlədiyi seriya

“Neftçi” ötən mövsümün sonunda başlayan uğurlu seriyasını 5-ə çatdırıb.

Bakı. Premyer Liqaya ardıcıl iki qələbə ilə başlayan “Neftçi” ötən mövsümün sonunda başlayan uğurlu seriyasını 5-ə çatdırıb. Trend PFL-ə istinadən məlumat verir ki, “ağ-qaralar” öz meydanında “Qəbələ”ni 2:1 hesabı ilə üstələməklə ardıcıl 5-ci qələbəsini qazanıb. 2017/18 mövsümünün finişində “Qarabağ”ı 1:0, “Səbail”i 3:1, “Kəpəz”i 2:1 hesabı ilə məğlub edən bakılılar ötən tur “Sumqayıt”ın qapısından iki cavabsız qol keçirmişdi. Bu 5 qarşılaşmada 10 qol vurub 3-nü buraxan “Neftçi” sonuncu dəfə belə qələbə seriyasına 2013/14 mövsümündə imza atmışdı.