Bakıda evdən 12 min manatdan çox pul, 10 min manatlıq qızıl oğurlanıb


Digərləri 20 Avq 2018 12:19:00 233 0

Bakıda evdən 12 min manatdan çox pul, 10 min manatlıq qızıl oğurlanıb

Bakıda evdən 12 min manatdan çox pul, 10 min manatlıq qızıl oğurlanıb.

Bakı. Bakıda evdən 12 min manatdan çox pul, 10 min manatlıq qızıl oğurlanıb. Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Sabunçu rayon Polis İdarəsi 12-ci Polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 3400 manat, 5 min ABŞ dolları, 90 min Pakistan rupisi və 10 min manat dəyərində qızıl əşyalar oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Qurban Məhərrəmov saxlanılıb.