Sabahdan havanın temperaturu yüksələcək


Digərləri 20 Avq 2018 12:10:00 298 0

Sabahdan havanın temperaturu yüksələcək

Azərbaycanda bir neçə gündür ki, müşahidə edilən qeyri-sabit hava şəraiti bu gündən başlayaraq mülayimləşəcək.

Bunu Son.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

Onun sözlərinə görə, bu gün gündüz saatlarından başlayaraq hava əsasən yağmursuz olacaq. Bir necə gündür əsən şimal-qərb küləyi günorta saatlarından başlayaraq mülayim şimal-şərq küləyi ilə əvəzlənəcək.