“Bakıda baha şeylər ucuz, ucuz şeylərsə...”


Digərləri 19 Avq 2018 23:24:00 264 0

“Bakıda baha şeylər ucuz, ucuz şeylərsə...”

Düz yüz il bundan əvvəl -1918-ci ilin isti avqust günlərində Bakının azad edilməsi uğrunda mübarizə özünün apogey nöqtəsinə çatmışdı. Qafqaz İslam Ordusu Sentrokaspi diktaturası - "hərbi nazir" Mart soyqırımının fəal iştirakçılarından olan erməni generalı Akop Baqratuni, baş qərargah rəisi polkovnik Avetisov, əsgər və zabitlərinin böyük bir hissəsi, o cümlədən, dəhşətli mart günlərinin "qəhrəmanlarından""polkovnik Amazasp və başqaları ilə ölüm-dirim savaşı aparırdı.

Son.az teleqraf.com-a istinadən bildirir ki,  bu barədə Azərbaycanın Macarıstandakı səfiri, filologiya elmləri doktoru Vilayət Quliyev məlumat paylaşıb.

Onun sözlərinə görə, erməni Milli Şurası və Sentrokaspi "diktatorlarının" dəvəti ilə avqustun 17-də Britaniya silahlı qüvvələrinin general-mayoru Lionel Denstervil təxminən 1000 nəfər seçmə əsgər və zabitdən ibarət yaxşı silahlanmış ordusu ilə özünün yazdığı kimi "inqilabçı rus şəhərindəki erməniləri türklərin soyqırımından xilas etmək üçün" Bakıya varid olmuşdu: