Yalançı hamiləlik necə olur?


Digərləri 19 Avq 2018 22:20:00 422 0

Yalançı hamiləlik necə olur?

Yalançı hamiləlik (və ya psevdohamiləlik) kifayət qədər nadir psixi-fiziolioji vəziyyətdir.

Hamilə olmayan qadın birdən-birə özünü hamilə kimi hiss etməyə başlayır - menstruasiyalar kəsilir, süd vəziləri böyüyür, səhərlər ürəkbulanması olur, qadının əhval-ruhiyyəsi tez-tez dəyişilir, qadın tez yorulur və s. Qadının qarnı böyüməyə başlayır. Bəzi qadınlar hətta dölün tərpənməsini "hiss edirlər".

Nəzərə almaq lazımdır ki, psevdohamilə qadın heç kimi aldatmır, hiylə etmir, o, həqiqətən hamiləliyi hiss edir və yaşayır.

Bu vaxta kimi tibdə bu vəziyyətin səbəbi aşkar olunmayıb.  Həkimlər bunu psixi pozulma kimi qiymətləndirir, lakin psevdohamilə qadının orqanizmində olan fizioloji dəyişiklikləri tibb nöqteyi-nəzərdən izah edə bilmirlər.

Psevdohamiləliyi həmçinin "isteriyalı hamiləlik" adlandırırlar. Belə hamiləlik güclü emosional həyəcanlar və ya psixi sarsılmalar yaşayan çox həssas qadınlarda müşahidə olunur. Bir çox hallarda psevdohamiləlik 35 yaşından yuxarı olan sonsuz qadınlarda müşahidə olunur. Hər bir konkret halda səbəblər müxtəlif ola bilər:

- qadın inanır ki, hamiləlik onun ailəsini dağılmaqdan saxlayacaq,

- qadın illər ərzində sonsuzluqdan müalicə alır, lakin lazım olan nəticə əldə olunmur,

- qadın faciəli şəkildə uşaq itirib,