Qurban bayramında nələrə diqqət edilməli? VİDEO


Digərləri 19 Avq 2018 21:02:00 279 0

Qurban bayramında nələrə diqqət edilməli?  VİDEO

Təbii ki, qurban bayramı bir dini bayram olduğu üçün qurban seçərkən şəriətin müəyyənləşdirdiyi qaydalar əsas götürülməlidir. Amma görünən odur ki, insanlar dini qaydalarla yetərincə tanış deyillər. Ölkəmizdə qurban bayramında böyük əksəriyyətin məhz qoç kəsməyə üstünlük verməsi də bununla bağlıdır.

Son.az xezerxeber.az-a istinadən bildirir ki, yəni bir qoç kəməkdən daha çox imkanı olanlar, iki yaxud daha artıq qoç kəsmək əvəzinə iribuynuzlu heyvan da kəsə bilərlər. Bunun müsbət tərəflərindən biri də müsəlmanları bir birinə daha yaxın etməsi bayramı abu havasının daha geniş hiss ediləmsinə gətirib çıxarmasıdır.

Başqa bir yalnış fikir insanların yalnız erkək heyvan kəsməyə üstünlük verməsidir. Doğrudur bu daha məqəsədəuyğun hesab olunur. Amma dişi heyvanların qurban kimi kəsilməsi də qadağan edilmir.

Insanların riayət etməyi digər məqam isə qurbanlıq heyvanların yaşı ilə bağlıdır. İlahiyyatçı Ağa Hacıbəyli deyir ki, heyvanların yaşlarına və hansısa qüsuru olub-olmamasına diqqət edilməlidir.


Xəbərə aid video