Ukraynada azərbaycanlı "qanuni oğru" saxlanılıb VİDEO FOTO


Dünya 19 Avq 2018 19:44:00 849 0

Ukraynada azərbaycanlı "qanuni oğru" saxlanılıb  VİDEO  FOTO

Ukraynanın Kiyev vilayətində Dato Ağcabədinski ləqəbli "qanuni oğru" saxlanılıb.

"Report" xəbər verir ki, bunu öz "Facebook" səhifəsində Ukrayna Milli Polisinin rəis müavini Vyaçeslav Abroskin yazıb.

"Ötən gün axşam Kiyev vilayətinin polis əməkdaşları 1985-ci il təvəllüdlü "qanuni oğru" saxlayıblar. Cinayət aləmində Dato Ağcabədinski ləqəbi ilə tanınır. Bu "turist" cari ilin may ayında da Kiyev və Lvov polisləri tərəfindən saxlanılıb. Onun barəsində ölkəyə girişinə 3 il qadağa qoyulmaqla Ukrayna ərazisindən çıxarılma qərarı verilib", - deyə Abroskin bildirib.


Xəbərə aid fotolar