Qadın qısqancdırsa…


Digərləri 19 Avq 2018 19:45:00 278 0

Qadın qısqancdırsa…

Qısqanclıq insanın ən zəif cəhətlərindən biridir. "The Teleqraph"ın məlumatına görə, alimlər müəyyənləşdiriblər ki, qısqanc olmaq hissi qadınların birbaşa şəkildə görmə qabiliyyətlərinə mənfi təsir edir.

ABŞ-ın Delaver institutu tərəfindən aparılan araşdırmalar zamanı çox maraqlı nəticələr qeydə alınıb. Müəyyənləşdirilib ki, qısqanc qadınlar o dərəcədə mənfi emosiyalara qapılırlar ki, axtardıqları əşyaları belə tapmaq iqtidarında olmurlar. Laboratoriya şəraitində aparılan təcrübədə yanaşı, lakin ayrı-ayrı kompüterlərin arxasında oturan cütlüklər iştirak ediblər. Təcrübədə iştirak edən qadınların vəzifəsi sürətlə bir-birini dəyişən təbiət təsvirlərinin fonunda ara-sıra yer alan emosiyalara mənfi təsir göstərən kadrları yox etməyə cəhd göstərmək olub.