Ticarət nümayəndəsi: Azərbaycan Fars Körfəzi ölkələrinə ixracı genişləndirmək niyyətindədir (ÖZƏL)


Digərləri 19 Avq 2018 18:20:14 231 0

Ticarət nümayəndəsi: Azərbaycan Fars Körfəzi ölkələrinə ixracı genişləndirmək niyyətindədir (ÖZƏL)

Azərbaycan Fars Körfəzi ölkələrinə ixracı genişləndirmək niyyətindədir.

Bakı. Mətanət Nəsibova - Azərbaycan milli məhsulların Fars Körfəzi ölkələrinin bazarlarına ixrac coğrafiyasını genişləndirmək məqsədilə 2018-ci ilin sonuna qədər Birləşmiş Ərəb Əmirliklərinə iki ixrac missiyası göndərməyi planlaşdırır. Bu barədə Trend-ə açıqlamasında Azərbaycanın Dubaydakı ticarət nümayəndəsi Elnur Əliyev bildirib. E.Əliyev deyib ki, xüsusilə, meyvə-tərəvəz, meyvə şirələri, bal, quru süd, ət, çay və fındıq kimi məhsulların Fars Körfəzi ölkələrinə ixracını və bu regionda fəaliyyət göstərən ticarət şəbəkələrinə çıxışını təmin etmək üçün danışıqlar davam etdirilir". Onun sözlərinə görə, ixrac missiyalarının yerli istehsalçıların iştirakı ilə əsas məqsədi "Made in Azerbaijan" milli brendinin BƏƏ və digər Fars Körfəzi ölkələrinin bazarlarında təşviqindən ibarətdir. Ticarət nümayəndəsi xatırladıb ki, ötən il Azərbaycanın ixran missiyaları Dubaya və Səudiyyə Ərəbistanına göndərilmişdi: