Tramp administrasiyası Rusiyaya


Dünya 19 Avq 2018 16:53:00 226 0

Tramp administrasiyası Rusiyaya

ABŞ prezidenti Donald Trampın administrasiyası yaxın bir neçə həftə ərzində Rusiyanın "Şimal axını-2" qaz kəməri layihəsində iştirak edən şirkətlərə qarşı yeni sanksiyalar tətbiq edəcək.

Son.az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda "The Wall Street Journal" administrasiyadakı mənbələrə istinadən yazıb.

Hazırda sanksiyalar paketi üzərində iş yekunlaşır. Məlumata görə hələlik Vaşinqtonda yekun qərar verməyiblər. 2017-ci ildə Rusiyanın ABŞ seçkilərinə müdaxiləsinin üstü açılandan sonra Konqres prezident Trampa "Şimal axını-2" qaz kəməri layihəsində iştira edən şirkətlərə və şəxslərə qarşı sanksiyaların tətbiq edilməsi səlahiyyətini verib. İndi Tramp qaz kəməri layihəsini əngəlləmək üçün bu səlahiyyətlərdən istifadə etməyə hazırlaşır. Qəzetin yazdığına görə sanksiyalar qaz kəmərinin tikintisini dayandırmağa hesablanıb, çünki ABŞ-da hesab edirlər ki, bu kəmər Avropanın Rusiya qazından asılılığını artıracaq.