Daha bir ölkədən Türkiyəyə dəstək:


Dünya 19 Avq 2018 15:52:00 262 0

Daha bir ölkədən Türkiyəyə dəstək:

ABŞ-ın tətbiq etdiyi sanksiyalardan sonra daha bir ölkə Türkiyəyə dəstək çıxıb.

Son.az xəbər verir ki, Serbiyanın xarici işlər naziri İvitsa Daçiç açıqlama verərək, heç vaxt Türkiyəyə qarşı aparılan kampaniyanın içində olmayacaqlarını bildirib: "Biz bu sanksiyaları tanımırıq. Türkiyə ilə əlaqələrimizi üçüncü dövlətin münasibətlərinə görə, qurmuruq".

O, bunu Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu ilə keçirdiyi ortaq mətbuat konfransında deyib, yenicag.az məlumat verir.