Bankların girovu olan mənzillər satışa çıxarılıb


Digərləri 18 Avq 2018 23:27:00 265 0

Bankların girovu olan mənzillər satışa çıxarılıb

Əmanətlərin Sığortalanması Fondu "Bank Standard", "Qafqaz İnkişaf Bankı" və "Kredobank" ASC-nin kredit təminatı qismində balansa götürülmüş əmlaklarını hərraca çıxarıb.

Son.az oxu.az-a istinadən bildirir ki, "Kredobank" ASC-nin balansında olan mənzil hərraca sentyabrın 17-də çıxarılacaq.

Bu daşınmaz əmlakın satış dəyəri 49 min 56 manatdır.

Ümumi sahəsi 60.3 kv.m olan mənzil Səbail rayonu, Badamdar qəsəbəsi, Əziz Nəzərov küçəsi, ev 5 mənzil 14. ünvanında yerləşir. Ev orta təmirlidir.

"Bank Standard"ın balansında olan və hərraca çıxarılan əmlakın ilkin satış qiyməti isə 280 100 manatdır. Ev Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsində yerləşir. Ümumi sahəsi 58,8 kv.m olan bu mənzil üzrə hərrac sentyabrın 10-da baş tutacaq.

Göstərilən tarixdə satışa çıxarılan daha bir mənzil ləğv prosesində olan "Qafqaz İnkişaf Bankı" ASC-nın balansındadır. Sumqayıt şəhəri, Kotec qəsəbəsi, 25-ci məhəllədə yerləşən əmlakın ümumi sahəsi 250,94 kv.m, 7 otaqdır. Evin ikin satış qiyməti 90 490 manatdır.

Xatırladaq ki, hər üç bank bağlanıb.Bu əmlakların saıtşından əldə edilən gəlirin hansı istiqamətə yönəldiləcəyinə gəlincə,ekspert Əkrəm Həsənov  müflis olmuş bankların ləğvedicisinin Əmanətlərin Sığortalanması Fondu olduğunu deyir.