Azərbaycanlı müğənni Gürcüstanda dəhşətli qəzaya düşdü,


Şou-biznes 18 Avq 2018 22:49:00 278 0

Azərbaycanlı müğənni Gürcüstanda dəhşətli qəzaya düşdü,

Gənc ifaçı İlkin Çərkəzoğlu Gürcüstanda dəhşətli qəzaya düşüb.

Son.az-ın əməkdaşına açıqlama verən müğənni hadisəni belə xatırladığını bildirib:

"Üç gün öncə Gürcüstanda toy məclisinə dəvət almışdım. Toy məclisindən çıxarkən yüksək sürət həddini aşaraq idarəetməni itirdim. Nəticədə dəhşətli qəza yaşandı. Avtomobil tam yararsız hala düşüb. Özüm də bir neçə yerimdən ciddi xəsarətlər almışam. Şükür Allaha ki, o cür dəhşətli qəzadan sağ çıxmışam".


Xəbərə aid fotolar