Ağaclar birbiri ilə savaşır və ticarət edirlər


Digərləri 18 Avq 2018 20:25:00 295 0

Ağaclar birbiri ilə savaşır və ticarət edirlər

Ağaclar köklərindəki göbələklər vasitəsi ilə bir-biri ilə danışırlar.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, ağaclar bir-birlərindən ayrı görünsələr də əslində torpaq altında tamamilə başqa münasibətlər cəryan edir. Ağaclar bir-biri ilə danışır, mübadilə edir, hətta savaşırlar da. Bunu köklərində və ətraflarında olan göbələklər vasitəsi ilə edirlər. Göbələklər ağaclara lazım olan qidanı verir və əvəzində şəkər alırlar. Amma elm adamları bu münasibətlərin görünəndən daha artıq olduğunu müəyyən ediblər. Bir göbələk şəbəkəsinə bağlana ağaclar bir-biri ilə münasibət qururlar. Bu sanki yeraltı internet şəbəkəsidir. Bu yolla böyük ağaclar kölgədə qalan balaca fidanları qorumaq üçün onlar şəkər ötürürlər. Ölmüş və ya qurumuş ağaclar bu göbələk şəbəkəsinə bağışlanılır. Lakin bu şəbəkənin bir qaranlıq tərəfi də var. Şəbəkəyə soxulan orkidelər başqa ağacların enerjilərini oğurlaya da bilirlər. Bəzi ağaclar isə zəhərli enerji ataraq şəbəkə vasitəsi ilə digər ağacları quruda bilir.