Təranə Qumralı 3 ilədək həbs gözləyir


Şou-biznes 18 Avq 2018 20:27:00 298 0

Təranə Qumralı 3 ilədək həbs gözləyir

Müğənni Nazəninlə Təranə Qumral arasındakı məhkəmə prosesi gələn həftə yekunlaşacaq.

Son.az axşam.az-a istinadən xəbər verir ki, bu haqda Nazəninin vəkili, "Atler eqo" hüquq şirkətinin baş direktoru Heyrət Qarayev deyib. O bildirib ki, məhkəmə avqustun 21-də yekunlaşır:

"Artıq sonuncu məhkəmədir. Təranə Qumrala hakim cəza verəcək. Təranə Qumral açıq-aşkar üzr istəməkdən imtina edib. Hakim də cəzanı buna görə verməlidir. Onun etdiklərinə görə Cinayət Məcəlləsində həbs var. Amma ola bilsin ki, həbsdən əlavə alternativ cəzalar verilsin.

Təranə Qumrala hakim pul cəzası tədbiq edə bilər. Yəni qarşı tərəf 3-5 min manat arasında pul ödəməklə həbs olunmaya bilər. Həm qadındır, həm də azyaşlı uşağı var. Böyük ehtimal ki, cəza bu olacaq. Əkər hökm bu olsa, biz razılaşmayacağıq. Onu 3 ilə qədər həbs gözləyir. Bunun üçün də Bakı Apellyasiya Məhkəməsinə müraciət edəcəyik. Biz onun pul cəzası ilə işdən xilas olması ilə razılaşmırıq".