“GymBala” beynəlxalq turnirində 2010-cu il təvəllüdlü gimnastlar mükafatlandırılıb (FOTO)


Digərləri 18 Avq 2018 19:35:00 205 0

“GymBala” beynəlxalq turnirində 2010-cu il təvəllüdlü gimnastlar mükafatlandırılıb (FOTO)

Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə “GymBala” beynəlxalq turnirində 2010-cu il təvəllüdlü atletlərin yarışlarının qalibləri mükafatlandırılıb

Bakı. Milli Gimnastika Arenasında keçirilən bədii gimnastika üzrə “GymBala” beynəlxalq turnirində 2010-cu il təvəllüdlü atletlərin yarışlarının qalibləri mükafatlandırılıb. Trend-in məlumatına görə, 2010-cu il təvəllüdlü gimnastlar kateqoriyasının fərdi hərəkətlər proqramında çoxnövçülük üzrə alətsiz və ip ilə hərəkətlərdə qaliblər müəyyənləşib. Balalar yaş kateqoriyasında Nəzrin Salmanlı birinci, Şəms Müvaffaqi (hər ikisi “Ocaq”) ikinci, İlahə Bahadırova (Bakı Gimnastika Məktəbi) isə üçüncü yerə layiq görülüblər.