Kreditlərin 96,7 faizi banklar tərəfindən verilib


Digərləri 18 Avq 2018 16:56:00 239 0

Kreditlərin 96,7 faizi banklar tərəfindən verilib

Mərkəzi Bankın təqdim etdiyi məlumata görə, iyul ayının 1-nə ölkənin bank və digər kredit təşkilatlarının kredit portfeli milli valyuta ekvivalentində 12 milyard 105,6 milyon manat təşkil edib.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ümumi kredit portfelinin 9 milyard 739,8 milyon manatı və ya 80,5 faizi uzunmüddətli kreditlərin payına düşüb. Kreditlərin 96,7 faizi banklar, 3,3 faizi isə bank olmayan kredit təşkilatları və kredit ittifaqları tərəfindən verilib.